Almaniya ordusu üçün “L3Harris”dən ən müasir rabitə sistemləri alınacaq

2025/05/1746775442.jpg
Oxunub: 522     14:23     12 May 2025    
Almaniya Müdafiə Nazirliyi ABŞ-ın qabaqcıl müdafiə texnologiyaları şirkəti “L3Harris” ilə yeni nəsil rabitə sistemlərinin alınmasına dair müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, bu təşəbbüs, Almaniya ordusunun döyüş şəraitində çevik və təhlükəsiz rabitə imkanlarını genişləndirmək məqsədi daşıyır.

Yeni rabitə sistemləri həm səsli, həm də məlumat ötürülməsini eyni zamanda və yüksək təhlükəsizliklə təmin edəcək. “L3Harris” tərəfindən təmin ediləcək avadanlıqlar taktiki səviyyəli əməliyyatlar üçün optimallaşdırılıb və NATO standartlarına tam uyğunlaşdırılıb.

Bu müqavilə Almaniya ordusunun “Digitale Bundeswehr” proqramı çərçivəsində həyata keçirilir. Proqram ölkənin hərbi texnologiyalarının tam rəqəmsallaşdırılması və infrastrukturun modernləşdirilməsi məqsədini daşıyır. Yeni rabitə avadanlıqlarının 2026-cı ilə qədər istifadəyə verilməsi nəzərdə tutulur.

Almaniya Müdafiə Nazirliyi bildirir ki, bu layihə ölkənin hərbi bölmələrinin döyüş meydanında koordinasiya və informasiya axını imkanlarını ciddi şəkildə artıracaq. Ekspertlər bu kimi texnoloji yeniliklərin NATO-nun ümumi hərbi rabitə sistemində də standartlaşdırmaya töhfə verəcəyini qeyd edirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Almaniya   MN   L3Harris  


Bizi "telegram"da izləyin