Misirdə Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib

2025/05/1746435983.jpg
Oxunub: 707     13:00     05 May 2025    
Misirdə Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

Bu barədə Ordu.az yerli KİV-ə istinadən xəbər verir.

Tədbir Qahirədəki "Xarı Bülbül" Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən beynəlxalq və yerli təşkilatların nümayəndələrinin, Misirdəki Azərbaycan icmasının üzvlərinin və yerli universitetlərin tələbələrinin iştirakı ilə təşkil edilib.

Tədbir çərçivəsində Ulu Öndərin həyat və fəaliyyətindən bəhs edən "Azərbaycan və Heydər Əliyev" qısametrajlı filmi nümayiş etdirilib.

Sonda Misir universitetlərinin tələbələri görkəmli siyasi xadimin xatirəsinə həsr olunmuş şeirləri Azərbaycan dilində səsləndiriblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Azərbaycan   Misir   Heydər-Əliyev  


Bizi "telegram"da izləyin