MMU-nun komandası Bakı Marafonunda iştirak edib - VİDEO+FOTOLAR

2025/05/d8624-1746362234.jpg
Oxunub: 726     15:36     04 May 2025    
Mayın 4-də Bakı şəhərində "Küləyə qalib gəl" şüarı altında Bakı Marafonu - 2025 keçirilib.

Bu barədə Ordu.az-a Müdafiə Nazirliyindən məlumat verilib.


İdmanın inkişafına dəstək göstərmək və sağlam həyat tərzini təbliğ etmək məqsədilə keçirilən marafonda peşəkar və həvəskar idmançılar, tanınmış ictimai-siyasi xadimlərlə yanaşı, Milli Müdafiə Universitetinin (MMU) tabeliyində fəaliyyət göstərən Heydər Əliyev adına Hərbi İnstitutdan 25 nəfərdən ibarət heyət iştirak edib.

Start nöqtəsi ilə yanaşı finişi də Dövlət Bayrağı Meydanında olan marafonda MMU-nun komandası 21 kilometrlik məsafəni inamla və əzmlə qət edərək yarışa xüsusi ruh, intizam qatıb.

Tədbir boyunca gənc hərbçilər öz fiziki hazırlıqları və vətənpərvərlik ruhları ilə diqqət çəkib. Marafona qatılmaqla onlar cəmiyyətə sağlam həyat tərzinin, mütəmadi idmanın və vətəndaş həmrəyliyinin vacibliyini bir daha nümayiş etdiriblər.

Qeyd edək ki, MMU-nun tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrinə sənəd qəbulu mayın 30-dək davam edəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: MMU   Bakı   Marafon  


Bizi "telegram"da izləyin