ABŞ Ukraynaya 50 milyon dollar məbləğində silah-texnika satacaq

2025/03/1741424518.jpg
Oxunub: 419     11:04     01 May 2025    
ABŞ Ukrayna ilə minerallar (faydalı qazıntılar) haqda müqavilənin imzalanmasından sonra Kiyevə 50 milyon dollar məbləğində silah və hərbi texnika satmaq niyyətindədir.

Ordu.az xəbər verir ki, bu haqda “Kyiv Post” öz mənbələrinə istinadən məlumat yayıb.

Tədarüklər birbaşa satışlar yolu ilə həyata keçiriləcək. Nəşrin yazdığına görə, bu, Donald Trampın ABŞ prezidenti postuna gəlişindən sonra Vaşinqtonun Ukrayna ilə bağlı ilk belə sövdələşməsi olacaq.

Belə ki, öncəki hərbi yardımdan fərqli olaraq, tədarüklər sırf kommersiya əsaslarında həyata keçiriləcək.

Qeyd edək ki, bu gecə (1 may) ABŞ və Ukrayna minerallar haqda müqavilə bağlayıb. Sənədin tam mətni dərc olunub. Məlumata görə, sənəddə Ukrayna üçün birbaşa təhlükəsizlik təminatları nəzərdə tutulmayıb. Lakin sənəd ABŞ-nin gələcəkdə göstərəcəyi hərbi yardımların Vaşinqtonun ümumi investisiya fonduna töhfəsi kimi qəbul olunmasına imkan verir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ukrayna  


Bizi "telegram"da izləyin