Ordu.az xəbər verir ki, Fransa ordusu Ukraynanın döyüş meydanında Rusiya qüvvələrinə qarşı FPV tipli PUA-lardan istifadə etməsindən əldə edilən dərslərə əsaslanaraq, fransız paraşütçü bölmələrinin taktiki PUA imkanlarını təkmilləşdirdiyini açıqlayıb.
Bu çərçivədə aprel ayında 11-ci Paraşüt Briqadası Fransanın Kaylus şəhərindəki Taktik PUA Təlim Mərkəzində (Centre d'Entraînement Tactique Drone, CETD) intensiv təlim proqramı həyata keçirib.
Briqadanın verdiyi açıqlamaya görə, bu təşəbbüs həm kəşfiyyat, həm də hücum əməliyyatlarını dəstəkləyə bilən yüngül, sürətli və dəqiq FPV tipli PUA-larda qoşunların ixtisaslaşmasına doğru keçidi göstərir.
“Müharibənin davamlı inkişaf etdiyi bir mühitdə texnologiya özlüyündə bir silaha çevrilib”, - deyə açıqlamada qeyd edilib.
“Defence Blog”un məlumatına görə, təlim proqramının məqsədi Ukraynanın Rusiyanın müdaxiləsinə qarşı müdafiəsi zamanı müşahidə olunan taktikanı əks etdirən FPV tipli PUA-lardan mürəkkəb əməliyyat şəraitlərində istifadə etmək bacarığını paraşütçü bölmələrinə verməkdir.
Sevinc Əliyeva
Ordu.az