Ordu.az xəbər verir ki, bu barədə "Samaa TV" məlumat yayıb.
"Baş nazirin yola düşməsi ABŞ vitse-prezidenti Cey Di Vensin İsveçrəyə səfərindən asılı olacaq", - məlumatda bildirilib.
Daha əvvəl yayılan məlumata görə, Pakistanın Baş naziri Ş. Şərifin İsveçrə səfəri ləğv edilib.
Bu arada, ABŞ və İran arasında texniki danışıqların yeni raundu iyunun 21-də İsveçrənin Bürgenstok şəhərində baş tutacaq. Müzakirələrdə İslamabad Anlaşma Memorandumunun imzalanmasından bəri əldə edilmiş irəliləyişlər nəzərdən keçiriləcək. Texniki danışıqlar ABŞ və İran arasındakı razılaşma çərçivəsindəki gedişatı və həyata keçirilən icra səylərini qiymətləndirmək məqsədi daşıyır.
Xatırladaq ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi (XİN) bəyanat yayıb.
Danışıqlarda İranı parlamentin sədri Məhəmmədbaqer Qalibaf, xarici işlər naziri Abbas Əraqçi, Ali Milli Təhlükəsizlik Şurası katibinin beynəlxalq məsələlər üzrə müavini Əli Baqiri, Mərkəzi Bankın sədri Əbdülnasir Hümməti, İran Milli Neft Şirkətinin rəhbəri Həmid Bord, xarici işlər nazirinin müavini Kazım Qəribabadi, XİN-in sözçüsü İsmayıl Bəqai və digər rəsmi şəxslər təmsil edir.
İran tərəfinin qabardacağı başlıca məsələ İsrailin Livana hücumlarıdır, çünki bu, anlaşma memorandumunun şərtlərinə ziddir.
Ordu.az