Ordu.az xəbər verir ki, bu barədə “The Guardian” nəşri “New York Times” jurnalistləri Meqqi Haberman və Conatan Suonun “Regime Change” kitabına istinadən məlumat yayıb.
Müəlliflərin iddiasına görə, Bessent Zelenskinin Oval kabinetə səfərinə qarşı çıxıb və həmkarları ilə qapalı söhbətlərdə Ukrayna lideri barədə “balaca dələduz” ifadəsini işlədib.
Kitabda qeyd olunur ki, maliyyə naziri Zelenskini “xüsusi qayğıya ehtiyacı olan uşaq” və “narkotik təsiri altındakı Mister Bin”lə də müqayisə edib.
Bildirilir ki, bu fikirlər Ukrayna Prezidentinin Ağ Evə mümkün səfəri və Ukraynanın təbii sərvətləri ilə bağlı sazişin hazırlanması dövründə səsləndirilib.
Kitabda həmçinin 2025-ci il fevralın 28-də Volodimir Zelenski ilə Donald Tramp arasında keçirilən görüşün gərgin atmosferdə keçdiyi iddia olunur. Həmin görüşdə Skott Bessent də iştirak edib.
Müəlliflərin versiyasına görə, ABŞ nümayəndə heyətinin üzvləri görüş zamanı Ukrayna Prezidentinin mövqeyini sərt şəkildə tənqid ediblər.
Görüşdən sonra Bessent “Bloomberg” agentliyinə açıqlamasında Zelenskinin davranışından “şoka düşdüyünü” bildirib və onun addımlarını ciddi diplomatik səhv kimi qiymətləndirib.
Kitabda ABŞ administrasiyası daxilində Ukraynanın faydalı qazıntıları ilə bağlı sazişin şərtləri ətrafında fikir ayrılıqlarının olduğu da qeyd edilir.
Sevinc Əliyeva
Ordu.az