Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
Şirkətdən verilən açıqlamaya görə, ABŞ Hərbi Hava Qüvvələri və Dəniz Piyadaları Korpusunun istifadə etdiyi MQ-9 PUA-larına inteqrasiya olunmaq üçün hazırlanan lazer silahı xüsusilə PUA-lara qarşı effektiv müdafiə qabiliyyəti təmin etməyi hədəfləyir.
Şirkət bildirib ki, lazer sisteminin əsas komponentləri artıq yerüstü sınaqlardan uğurla keçib, lakin tam uçuş sınaqları hələ həyata keçirilməyib. İlk uçuş sınaqlarının nə vaxt keçiriləcəyi ilə bağlı məlumat verilməyib.
Açıqlamada inkişaf etdirilən lazerin güc səviyyəsinin 25 kilovat olduğu və istifadə edilən texnologiya ilə bu dəyərin nəzəri olaraq 300 kilovata qədər artırıla biləcəyi bildirilib.
Bununla belə, MQ-9 platformasının daşıma qabiliyyətinə görə lazer gücünün məhdudlaşdırıldığı bildirilib. Həmçinin lazerin uzun müddət istifadəsini təmin etmək üçün qanadlara yerləşdirilən batareya paketlərinin təyyarədəki güc sistemi ilə lazerlər arasında tampon rolunu oynadığı da açıqlanıb.
Sevinc Əliyeva
Ordu.az