SEPAH: Gəmilər Hörmüz boğazına yaxınlaşmamalıdır - YENİLƏNİB

2026/03/1773466996.jpg
Oxunub: 342     18:58     20 İyun 2026    
İsrailin Livana hücumları fonunda İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazının bağlandığını açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə SEPAH-ın "Telegram" kanalında məlumat yayılıb.

"İsrailin Livandakı cinayətləri və ABŞ-nin atəşkəsin bərqərar olması ilə bağlı öhdəliklərini pozması ilə əlaqədar olaraq, Hörmüz boğazı bütün gəmilər üçün bağlanıb", - məlumatda bildirilib.

Vurğulanıb ki, Hörmüz boğazı bağlıdır və gəmilər boğaza yaxınlaşmamalıdır: "Əks halda onların təhlükəsizliyi təhlükə altında olacaq".

***

İranda ABŞ-nin hərbi əməliyyatların dayandırılması barədə razılaşmanın birinci bəndini yerinə yetirməməsi ilə əlaqədar Hörmüz boğazı vasitəsilə gəmilərin hərəkətinin dayandırıldığı bəyan edilib.

Ordu.az xəbər verir ki, bu barədə "Fars" agentliyi "Xatəm əl-Ənbiya" Mərkəzi Qərargahının bəyanatına istinadən məlumat yayıb.

Bu qərar İsrail Müdafiə Ordusunun Livanın cənubuna endirdiyi zərbələrə cavab olaraq qəbul edilib.

Bəyanatda qeyd olunub ki, bu, "ilk addımdır" və eskalasiya davam edəcəyi təqdirdə sonrakı tədbirlərin görülməsi mümkündür.

Eyni zamanda bildirilib ki, atıla biləcək istənilən sonrakı addım qarşı tərəfin öz öhdəliklərini yerinə yetirməsindən asılı olacaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Hörmüz  


Bizi "telegram"da izləyin