NASA hava platformaları üçün ultra yüngül antena hazırlayır

2025/04/Ekran-1745658640.jpg
Oxunub: 421     12:57     01 May 2025    
Fasiləsiz rabitə təmin edə bilən ultra yüngül antenanın yaradılması işləri davam edir.

Ordu.az xəbər verir ki, NASA dünyanın ən yüngül bərk materiallarından birini istifadə edərək, təyyarənin gövdəsinə inteqrasiya oluna bilən antena hazırlayır.

Bu sayədə pilotsuz uçuş aparatları və gələcək hava nəqliyyatı sistemləri üçün daha aerodinamik və etibarlı kommunikasiya həlli təmin edilməsi hədəflənir.

NASA tərəfindən hazırlanmış bu ultra yüngül aerogel antenası xüsusilə güc və məkanın məhdud olduğu vəziyyətlərdə peyk rabitəsini təmin etmək üçün nəzərdə tutulub.

Aerogel elastik, yüksək performanslı plastiklər olan polimerlərdən ibarətdir. Quruluşundakı 95% hava ilə daha yüngül və güclü qala bilir. Bundan əlavə, tədqiqatçılar materialın xüsusiyyətlərini plastik film kimi elastik və ya pleksiglas kimi sərt etmək üçün tənzimləyə bilərlər.

Bu antenalar təyyarənin formasını alır, sürüklənməni azaldır, həmçinin çəki və yerə qənaət edir və siqnal müdaxiləsini azaltmaq üçün ayrı-ayrı massiv elementlərinin tənzimlənməsinə imkan verir. Həm də ənənəvi çubuq və ya qanad tipli antenalardan daha az diqqət çəkir. Son dizayn pətək görünüşünə malikdir, lakin təyyarənin səthinə düz şəkildə yerləşdirilə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NASA   Antena  


Bizi "telegram"da izləyin