Tramp Hindistan - Pakistanın münaqişəni həll edə biləcəyinə əmindir

2025/04/1745641912.jpg
Oxunub: 5005     04:24     26 Aprel 2025    
ABŞ Prezidenti Donald Tramp Hindistan və Pakistan liderlərinin münaqişəni bu və ya digər şəkildə həll edə biləcəklərinə əmin olduğunu bildirib.

Ordu.az-ın məlumatına görə, bunu ABŞ Prezidenti Vaşinqtondan Romaya uçan təyyarəsində jurnalistlərlə söhbətində deyib.

"Onlar bu və ya digər şəkildə bununla məşğul olacaqlar. Mən hər iki lideri tanıyıram", - o deyib. "Pakistan və Hindistan arasında çoxlu gərginlik var, lakin bu, həmişə belə olub", - Amerika lideri əlavə edib.

Tramp Papa Fransiskin dəfn mərasimi üçün Romaya səfər edib. Amerika lideri şənbə günü axşam İtaliya paytaxtını tərk edərək ABŞ-yə qayıdacaq.

Aprelin 22-də silahlı şəxslər məşhur turistik Pahalqam şəhərində (Cammu və Kəşmirin Hindistana aid hissəsi) terror aktı törədiblər. Xaki rəngdə paltar geyinmiş hücumçular pulemyotlardan atəş açıblar. Nəticədə Hindistanın 25 vətəndaşı, Nepalın 1 vətəndaşı həlak olub, çoxlu sayda yaralı var. Hücum edənlər qaça biliblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Hindistan   Pakistan  


Bizi "telegram"da izləyin