“Embraer” FAMEX 2025-də Meksika Aviasiya və Kosmos Federasiyasının üzvü olub

2025/04/1745572849.jpg
Oxunub: 581     12:58     28 Aprel 2025    
FAMEX 2025 avasiya sərgisində “Embraer” Meksika Aviasiya və Kosmos Sənayesi Federasiyası (FEMIA) ilə tərəfdaşlıq müqaviləsi imzaladığını elan edib.

Ordu.az xəbər verir ki, şirkət bu addımla Meksikadakı mövcudluğunu gücləndirməyi, yerli aviasiya sənayesi ilə əməkdaşlığı artırmağı və yeni biznes imkanlarını təşviq etməyi hədəflədiyini bildirib.

FEMIA prezidenti Luis Lizkano açıqlamasında bildirib: “FEMIA “Embraer”in təşkilatımızın yeni üzvü kimi rəsmi qəbulunu qeyd etməkdən qürur duyur. “Embrae” həm mülki, həm də müdafiə sahəsində hava və kosmos sektorunda dünyanın ən mühüm istehsalçılarından biridir, FEMIA-ya üzv kimi qoşulması bu şirkətin ölkəmizdə inkişafı üçün mühüm əməkdaşlıq imkanları yaradır”.

“Embraer”in vitse-prezidenti Fabio Kaparika isə əlavə edib: “FAMEX 2025 zamanı “Embraer”in FEMIA ilə tərəfdaşlıq müqaviləsini imzalamaqdan məmnunuq. Bu, “Embraer” və Meksika aviasiya sənayesi arasında strateji əməkdaşlıqda daha bir mühüm addımı təmsil edən mühüm mərhələdir”.

“Embraer” Meksikada 40 ildən artıq fəaliyyət göstərdiyini, hazırda kommersiya, inzibati və müdafiə sektorlarında xidmətdə olan 100-dən çox təyyarənin olduğunu bildirib.

Sevinc Əliyeva
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Embraer   FAMEX-2025  


Bizi "telegram"da izləyin