ABŞ-də terror ittihamı ilə saxlanılma halları artıb

2025/04/13041-1745385631.jpg
Oxunub: 424     09:17     23 Aprel 2025    
ABŞ-də müntəzəm anti-miqrant reydləri terror ittihamı ilə saxlanılmaların 655 % artmasına səbəb olub.

Ordu.az “New York Post”a istinadən xəbər verir ki, bu barədə ABŞ Daxili Təhlükəsizlik Nazirliyinin məlumatına istinadən xəbər verir.

Qeyd olunur ki, Prezident Donald Trampın yanvarın 20-də andiçmə mərasimindən bəri ABŞ-nin İmmiqrasiya və Gömrük Nəzarəti Xidmətinin (ICE) əməkdaşları terrorizm ittihamı ilə 219 nəfəri saxlayıblar.

2024-cü ildə Trampın sələfi Co Baydenin rəhbərlik etdiyi eyni dövrdə 29 belə saxlanılma olub. Trampın ABŞ-dəki Ağ Evinə qayıtdıqdan sonra qanunsuz miqrantlara qarşı kütləvi reydlər başlayıb. Amerika KİV-lərinin məlumatına görə, ICE-nin qarşısına gündə azı 1,8 min miqrantın saxlanılması məqsədi qoyulub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Terror  


Bizi "telegram"da izləyin