İran XİN rəhbəri Xameneinin mesajını Putinə çatdıracaq

2025/04/67ff6-1744792955.jpg
Oxunub: 397     12:30     16 Aprel 2025    
İran xarici işlər naziri Abbas Araqçi Moskvaya səfəri zamanı Rusiya Prezidenti Vladimir Putinə İranın Ali Rəhbər Əli Xameneinin mesajını çatdıracaq.

Ordu.az xəbər verir ki, bu barədə İran XİN başçısı jurnalistlərə açıqlamasında bildirib.

Araqçi Moskvaya səfəri zamanı Xameneinin Putinə mesajını çatdıracağını bildirib. O, mesajın təfərrüatları barədə ətraflı məlumat verməyib.

O qeyd edib ki, nüvə diplomatiyasını canlandırmaq üçün davam edən səylər fonunda İranın uranı zənginləşdirmək hüququ müzakirə olunmur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Rusiya  


Bizi "telegram"da izləyin