İtaliya rüsumlarla bağlı Aİ-ABŞ sammitinin təşkilinə çalışacaq

2025/03/1740898896.jpg
Oxunub: 431     12:19     16 Aprel 2025    
İtaliyanın Baş naziri Corcia Meloni aprelin 17-də Ağ Evə səfəri zamanı rüsumlar, ticarət və müdafiə xərcləri məsələlərində yaranmış bütün ziddiyyətlərin həlli üçün ABŞ-Aİ sammitinin təşkilinə nail olmağa ümid edir.

Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” agentliyi mənbələrə istinadən məlumat yayıb.

Belə bir sammit ABŞ Prezidenti Donald Tramp və Aİ-nin ümumi ticarət siyasətinə görə məsul olan Avropa Komissiyasının sədri Ursula fon der Lyayen arasında ilk birbaşa danışıqların keçirilməsinə də imkan verərdi. Agentliyin məlumatına görə, C.Meloninin ətrafı hesab edir ki, o, rüsum məsələsində müəyyən güzəştlərə nail ola biləcək.

İtaliyanın Baş naziri D.Trampa Aİ və ABŞ arasında sənaye malları üzrə əksər tariflərin qarşılıqlı şəkildə ləğvini təklif etməyi planlaşdırır.

Öz növbəsində, ABŞ Prezidentinin İtaliyadan mayeləşdirilmiş təbii qaz idxalını və müdafiə xərclərini artırmağı tələb edəcəyi gözlənilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İtaliya   ABŞ  


Bizi "telegram"da izləyin