Ordu.az xəbər verir ki, əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Daha sonra Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə şəhid və qazi ailələrinin üzvləri, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri, Abşeron-Binə Peşə Liseyinin şagird və müəllim kollektivi, Ağdam Rayon İcra Hakimiyyətinin Mahrızlı kənd ərazi vahidliyi üzrə nümayəndəsi Adil Aslanov, "Ağdama Qayıdış" İctimai Birliyinin sədri Azər Qasımov, tibb xidməti polkovniki, Qarabağ Müharibəsi veteranı Adil Eyvazov, şair-publisist Rafael Tağızadə, Cəbrayıl Tarix Diyarşünaslıq Muzeyinin icraçı direktoru və şəhid Nurəddin Fətullayevin bacısı Aytən Fətullayeva, Cahangir Cahangirov adına xor kollektivinin solisti, vokalist Emil Bağırzadə, Azərbaycan Milli Konservatoriyasının məzunu, Respublika müsabiqələr laureatı Səma Vüqarlı iştirak ediblər.
ADMİU-nun 2-ci kurs tələbəsi, Azərbaycan Yazıçılar Birliyinin üzvü, 4 kitab müəllifi Səma Muğanna və 4-cü kurs tələbəsi Kənan Hüseynov qəhrəman əsgərə həsr edilmiş şeirlər səsləndiriblər.
Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri ədəbi-bədii, musiqili kompozisiya ilə çıxış ediblər.
Xatırladaq ki, Rahib Məmmədov 1967-ci il avqustun 25-də Ağdam rayonunun Mahrızlı kəndində anadan olub. 1985-ci ilin noyabr ayında hərbi xidmətə çağrılan Rahib Məmmədov hərbi xidmətini Gürcustan SSR-də, Batumi şəhəri yaxınlığındakı Xelvaçauri qəsəbəsində yerləşən hərbi hissədə keçirib.
1987-ci ildə Gürcüstanın Xobi rayonunun Çaladidi kəndində təbii fəlakət zamanı böyük fədakarlıq və qəhrəmanlıq göstərərək, 28 nəfər sakini seldən xilas edib və qəhrəmanlıqla həlak olub. Ölümündən sonra o, SSRİ Ali Soveti Rəyasət Heyətinin 22 iyul 1987-ci il tarixli Fərmanı ilə "Qırmızı Ulduz" ordeni ilə təltif edilib.
Ordu.az