Ordu.az xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti paytaxt polisinə istinadən məlumat yayıb.
"38 yaşlı Rumıniya vətəndaşı martın 19-da Böyük Britaniyaya uçan təyyarə ilə London Stansted hava limanına gəldikdən sonra həbs edilib. O, 2023-cü il Milli Təhlükəsizlik Qanununun 3-cü maddəsinə əsasən, xarici kəşfiyyat xidmətinə yardım etməkdə şübhəli bilinərək həbs olunub", - məlumatda deyilir.
Həmin şəxs dindirilib və zaminə buraxılıb. O, iyulda məhkəmə qarşısına çıxmalıdır.
Ordu.az