Ordu.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi sosial media hesabında paylaşdığı məlumatda bildirib.
“Hərbi Hava Qüvvələri komandanı general Ziya Camal Kadıoğlu ABŞ-yə səfəri çərçivəsində 2025-ci il martın 10-21-də həyata keçirilən “Red Flag-2025/2” təliminə 5 ədəd F-16 təyyarəsi və 71 nəfər şəxsi heyətlə qatılan 3-cü Baş Reaktiv Baza 132-ci Silah və Taktika Eskadrilya Komandanlığının elementlərinə baş çəkib və baxış keçirib”, - deyə məlumatda qeyd olunub.
Paylaşılan şəkillərdəki F-16-lar ASELPOD Hədəfləmə Podunu nümayiş etdirib. ASELPOD öz imkanları ilə ekvivalent məhsulları üstələyir. ASELPOD qabaqcıl görüntüləmə emal alqoritmləri ilə hədəf izləmə və hədəfləmə funksiyalarını uğurla yerinə yetirə bilir.
Sevinc Əliyeva
Ordu.az