Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, texnologiya dünyasının ən nüfuzlu adlarından biri olan İlon Mask bu transformasiyanın qaçınılmaz olduğunu və PUA-ların müharibələrin gələcəyində həlledici rol oynayacağını bildirib.
Mask təkcə PUA-ların əhəmiyyətinə diqqət çəkməklə kifayətlənməyib, həm də bu sahədə xarici asılılığın yarada biləcəyi strateji risklərə qarşı açıq xəbərdarlıqlar edib.
“Öz PUA-ları olmayan ölkə başqa bir ölkənin vassal (asılı) dövlətidir”, - deyə o, sosial media platforması “X”də yazıb.
Bu baxış PUA texnologiyasının təkcə müdafiə qabiliyyəti deyil, həm də milli suverenlik baxımından kritik elementə çevrildiyini ortaya qoyur.
Maskın bu açıqlaması İsrail, Azərbaycan və Türkiyə kimi öz PUA infrastrukturunu qurmuş ölkələrin strateji uzaqgörənliyini və bu sahədə atdıqları addımların əhəmiyyətini bir daha vurğulayır.
Mask bu sistemlərin həm iqtisadi, həm də əməliyyat üstünlüyü təmin etdiyini vurğulayaraq qeyd edib: “Gələcəyin müharibələri süni zəka ilə dəstəklənən PUA müharibələri olacaq”.
Sevinc Əliyeva
Ordu.az