Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.
İndeks ilin əvvəlindən əldə etdiyi bəzi qazancları geri qaytararkən, qlobal tənəzzüllə bağlı narahatlıqlar da yenidən gündəmə gəlib.
2025-ci il ərzində rekord səviyyələrə çatan aerokosmik və müdafiə sektoru indeksi cümə günü 8% enişdən sonra bazar ertəsi səhər 8,9% azalıb. Eniş bu templə davam edərsə, indeks 2020-ci ilin aprel ayının əvvəlindən etibarən ən böyük gündəlik itkisini yaşayacaq.
İndeks ilin əvvəlindən etibarən 18% artıb. Halbuki bu nisbət bir həftə əvvəl 30% idi.
Bazar ertəsi Avropanın ən böyük müdafiə şirkətlərindən bəziləri böyük itkilərlə üzləşib.
Almaniyada yerləşən “Rheinmetall” (RHMG.DE), “Hensoldt” (HAGG.DE) və “Renk” (R3NK.DE) şirkətlərinin səhmləri 9%-dən 10%-ə düşüb.
Bazar dəyərinə görə Avropanın ən böyük müdafiə şirkəti olan “BAE Systems” (BAES.L) günü 4% ucuzlaşıb.
Fransada yerləşən “Dassault Aviation” (AM.PA) və “Thales” (TCFP.PA) şirkətlərinin səhmləri 6% ilə 9% arasında düşüb.
İsveçin müdafiə şirkəti “Saab” (SAABb.ST) 7% ucuzlaşıb.
Böyük Britaniyada yerləşən “Rolls-Royce” (RR.L), “Chemring Group” (CHG.L), “Babcock International” (BAB.L) və “Qinetiq” (QQ.L) şirkətlərinin səhmləri 6%-7% arasında ucuzlaşıb.
2025-ci ilin əvvəlində Avropa müdafiə şirkətləri regional təhlükəsizlik üçün dövlət xərclərinin artacağına dair gözləntilərdə güclü artım nümayiş etdiriblər. Ancaq son inkişaflarla bu qazancların əhəmiyyətli bir hissəsi geri qaytarılıb.
Sevinc Əliyeva
Ordu.az