Ordu.az-ın məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyi xəbər verib.
Məlumata əsasən, danışıq zamanı BAEA rəhbərinin Tehrana səfəri ilə bağlı razılıq əldə olunub.
"[Danışıq zamanı Qrossi] [İran tərəfinə] Tehrana səfər xahişi ilə müraciət etdi və bu, [İran] Xarici İşlər Naziri tərəfindən təsdiq edildi. Qərara alınıb ki, səfərin səmərəli keçməsi üçün tərəflər yaxın vaxtlarda detalları müzakirə edib yekunlaşdırsınlar", deyə Nazirlik bildirib.
Bildirilib ki, ABŞ-nin İrana qarşı son təhdidlərini nəzərə alan A.Əraqçi söhbətdə Tehranın “dinc nüvə proqramını qətiyyətlə müdafiə etmək və qorumaq” niyyətini göstərib.".
Ordu.az