Zelenski: Litva altı HHM sistemini Kiyevə təhvil verib

2025/03/1741014693.jpg
Oxunub: 360     01:01     02 Aprel 2025    
Litva hökuməti altı hava hücumundan müdafiə sistemini Ukraynaya təhvil verib.

Ordu.az xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski bildirib.

"Litvadan altı ədəd yeni hava hücumundan müdafiə sistemləri aldıq", - deyə o bildirib.

Sistemlərin artıq Ukraynaya tam olaraq təhvil verilib-verilmədiyi və hansı sistemlərdən söhbət getdiyi ilə bağlı Zelenski heç bir açıqlama verməyib.

Qeyd edək ki, bundan əvvəl Zelenski hava hücumundan müdafiə sistemlərinin istehsalı üçün lisenziyaların alınması ilə bağlı Qərb tərəfdaşları ilə razılığa gəldiyini açıqlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Litva   HHM   Kiyev  


Bizi "telegram"da izləyin