Reuters: Tramp silah ixracı qaydalarını sadələşdirəcək

2025/04/1743569883.jpg
Oxunub: 386     00:14     02 Aprel 2025    
Donald Tramp ABŞ silahlarının digər ölkələrə ixracı qaydalarını sadələşdirmək üçün fərman imzalamaq niyyətindədir.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters“ məlumat yayıb.

Agentliyin mənbələri bildiriblər ki, ABŞ administrasiyası bu addımı yaxın günlərdə elan edə bilər.

Fərmanda, xüsusilə Konqresin silahların satışına icazə verməsi ilə bağlı qaydaların yumşaldılması nəzərdə tutulur.

Qeyd edək ki, mövcud qanuna görə, Vaşinqton administrasiyası başqa ölkəyə silah satışı üçün Konqresdən icazə almalıdır.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Silah  


Bizi "telegram"da izləyin