Tramp Çaqos adaları ilə bağlı anlaşmasına razılıq verib

2025/04/1743484549.jpg
Oxunub: 457     20:22     01 Aprel 2025    
ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın Çaqos adalarını Mavrikiyə təhvil vermək barədə razılaşmasına təsdiq verib.

Ordu.az xarici KİV-lərə istinadən xəbər verir ki, bu barədə Britaniya Baş nazirinin ofisi məlumat yayıb.

Məlumata görə, Mavrikiyə verilməsi planlaşdırılan Çaqos adaları ilə bağlı razılaşmanın detalları Trampın razılığından sonra yekunlaşmaq üzrədir.

Qeyd edək ki, Çaqos adaları Hind okeanında yerləşir və strateji baxımdan əhəmiyyətli ərazidir. Hazırda adalar qrupuna daxil olan tropik Dieqo Qarsiya adasında ABŞ və Böyük Britaniyanın birgə hərbi bazası yerləşir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   ABŞ  


Bizi "telegram"da izləyin