Heydər Əliyev Fondu Ramazan bayramında şəhid ailələri ilə birgə - FOTOLAR

2025/04/67ec0-1743523149.jpg
Oxunub: 710     19:51     01 Aprel 2025    
Aprelin 1-də Heydər Əliyev Fondunun dəstəyi ilə Ramazan bayramı münasibətilə tədbir keçirilib.

Ordu.az xəbər verir ki, şəhid ailələrinin iştirak etdikləri bayram süfrəsində “Qurani-Kərim”dən ayələr oxunub, şəhidlərimizin ruhuna dualar edilib.

“Fire Land Group”un “Mənim oğlum qəhrəmandır” layihəsi çərçivəsində Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin dəstəyi ilə təşkil olunan tədbirdə daha sonra Azərbaycanın tanınmış incəsənət xadimləri çıxış ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Heydər-Əliyev-Fondu   Ramazan   Şəhid  


Bizi "telegram"da izləyin