Finlandiya Ottava Konvensiyasından çıxdığını elan edib

2025/04/1743513734.jpg
Oxunub: 477     17:18     01 Aprel 2025    
Finlandiya piyada əleyhinə minaları qadağan edən Ottava Konvensiyasından çıxmaq üçün hazırlıqlara başlayır.

Ordu.az xəbər verir ki, bu barədə ölkənin Baş naziri Petteri Orpo hökumətin brifinqində bildirib.

Eyni zamanda Finlandiya müdafiə büdcəsini ÜDM-in 3 %-nə qədər artırmağı planlaşdırır. Bundan əlavə, quru qoşunlarında islahat aparılacaq.

"Vurğulamaq istəyirəm ki, Finlandiyanın və onun sakinlərinin narahat olmağa səbəbi yoxdur. Qəbul edilmiş qərarlarla biz Finlandiyanın müdafiəsinin növbəti illərdə də etibarlı şəkildə təmin olunacağına zəmanət veririk", - Baş nazir bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Finlandiya   Ottava   Konvensiya  


Bizi "telegram"da izləyin