Kreml Trampın Rusiyanın neft sənayesinə qarşı sanskiyalar təhdidinə münasibət bildirib

2025/02/1740133370.jpg
Oxunub: 405     14:20     01 Aprel 2025    
Rusiya və ABŞ Ukrayna nizamlanması mövzusunda təmasları davam etdirir.

Ordu.az xəbər verir ki, bunu Kremlin sözçüsü Dmitri Peskov Vaşinqtonun sülh prosesində kifayət qədər uğur əldə etmədiyi təqdirdə Rusiya neft sənayesinə qarşı sanksiyalar tətbiq etmək təhdidləri kontekstində bildirib.

Onun sözlərinə görə, Ukrayna ilə bağlı müzakirə olunan məsələlər çox mürəkkəbdir.

"Biz Amerika tərəfi ilə təmaslarımızı davam etdiririk. Mövzu çox mürəkkəbdir. Müzakirə etdiyimiz substansiyalar, Ukrayna nizamlanması ilə əlaqədardır, onlar çox əlavə səy tələb edir",- Peskov vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Kreml   Tramp  


Bizi "telegram"da izləyin