Malayziyada qaz kəmərində partlayış nəticəsində 100-dən çox insan xəsarət alıb - YENİLƏNİB

2025/04/1743496018.jpg
Oxunub: 329     12:06     01 Aprel 2025    
Malayziyanın “Petronas” dövlət enerji şirkətinin istismarında olan qaz kəmərində baş verən yanğın nəticəsində ümumilikdə 112 nəfər xəsarət alıb.

Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli polis orqanları məlumat verib.

Onlardan 63 nəfəri xəstəxanaya yerləşdirilib. Bundan başqa, ən azı 49 evə ziyan dəyib.

Baş nazir Ənvər İbrahim ştat hakimiyyətinə zərərçəkənlərə yardım göstərilməsi ilə bağlı tapşırıq verib.

***

Malayziyanın “Petronas” dövlət enerji şirkətinin istismarında olan qaz kəmərində baş verən yanğın nəticəsində ölkənin paytaxtı Kuala Lumpur ətrafında 33 nəfər xəsarət alıb.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.

Onlardan altısı xəstəxanaya yerləşdirilib.

Yanğın təxminən 500 metr uzunluğunda boru kəmərində qaz sızması səbəbindən baş verib.

Yanğının nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Malayziya   Partlayış  


Bizi "telegram"da izləyin