Niderland Ukraynanın pilotsuz təyyarə layihəsinə 500 milyon avro ayırır

2025/04/1743485706.jpg
Oxunub: 338     07:34     01 Aprel 2025    
Niderland Ukrayna üçün pilotsuz təyyarələrin istehsalı üzrə genişmiqyaslı layihəyə 500 milyon avro ayırıb.

Ordu.az xəbər verir ki, Niderland Müdafiə Nazirliyinin məlumatına görə, bu maliyyə paketi Ukraynaya 2025-ci il üçün nəzərdə tutulan 2 milyard avroluq sürətləndirilmiş dəstəyin bir hissəsidir.

"Bu vəsait Ukraynaya Rusiyanın cəbhə xəttindəki hücumlarını dayandırmağa kömək etməlidir", - məlumatda bildirilib.

Pilotsuz təyyarələrin istehsalına maliyyə ayırmaq barədə qərar Niderlandın müdafiə naziri Ruben Brekelmans və dövlət katibi Qeys Tuynmanın Ukraynaya son səfəri zamanı qəbul edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Niderland   PUA   Ukrayna  


Bizi "telegram"da izləyin