Sorğu: Amerikalıların əksəriyyəti Trampın fəaliyyətindən narazıdır

2025/04/1743484549.jpg
Oxunub: 343     02:26     01 Aprel 2025    
ABŞ sakinlərinin əksəriyyəti hesab edir ki, Prezident Donald Tramp iqtisadi sahədə, digər ölkələrlə ticarətdə və beynəlxalq münaqişələrdə problemləri düzgün idarə etmir.

Ordu.az xəbər verir ki, bunu "Associated Press-NORC"un sorğusunun nəticələri sübut edir.

Belə ki, respondentlərin 56 %-i dövlət başçısının Ukrayna ilə bağlı siyasətini yanlış hesab edir, yalnız 41 %-i onları bəyənir.

Oxşar tendensiya Fələstin-İsrail münaqişəsi məsələsində də özünü göstərir. Trampın bu münaqişəyə yanaşmasını respondentlərin 54 %-i bəyənmir, respondentlərin yalnız 44%-i prezidentin qərarlarını dəstəkləyir.

Sorğu iştirakçılarının 58 %-i Amerika administrasiyası rəhbərinin iqtisadi siyasətini düzgün hesab etmir, 40 %-i isə bu və ya digər dərəcədə etimad göstərir.

Trampın digər ölkələrlə ticarət sahəsindəki təşəbbüslərini 38 % düzgün hesab edir, 60 % isə əks fikirdədir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Əhali   Narazı  


Bizi "telegram"da izləyin