Əsədin silahlıları Suriyanın təhlükəsizlik patrulunu atəşə tutublar

2025/04/1743484376.jpg
Oxunub: 398     01:34     01 Aprel 2025    
Suriyanın yeni hökumətinə tabe olan təhlükəsizlik qüvvələrinin patrulu keçmiş prezident Bəşər Əsədin silahlı tərəfdarları tərəfindən Dəməşqin kənarında atəşə tutulub.

Ordu.az xəbər verir ki, bu barədə Suriya Daxili İşlər Nazirliyi teleqram kanalında məlumat yayıb.

“Toqquşma nəticəsində iki hücumçu öldürülüb, bir neçə nəfər isə yaralanıb”, - məlumatda deyilir.

Hadisədən sonra patrul əlavə qüvvələrlə gücləndirilib və ərazi mühasirəyə alınıb. Silahlıların bəziləri hadisə yerindən qaça bilib.

Xatırladaq ki, martın 24-də Latakiya və İdlib əyalətlərinin sərhədindəki dağlıq ərazilərdə keçmiş prezidentin 15 silahlı tərəfdarı saxlanılıb.


Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Suriya   Əsəd   Silah  


Bizi "telegram"da izləyin