Zelenski və Starmer Ukraynada sülhə nail olmaq üçün addımların əlaqələndirilməsini müzakirə ediblər

2025/04/1743484155.jpg
Oxunub: 323     00:18     01 Aprel 2025    
Ukrayna Prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın Baş naziri Kir Starmer arasında telefon danışığı olub.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna lideri sosial şəbəkədəki səhifəsində məlumat verib.

Onlar ləyaqətli sülhə nail olmaq üçün addımların əlaqələndirilməsini və əməkdaşlığın daha da gücləndirilməsini müzakirə ediblər.

Zelenski, həmçinin qeyd edib ki, o, həmsöhbətini avropalı parlamentarilərin Ukraynaya səfəri barədə məlumatlandırıb və Böyük Britaniya İcmalar Palatasının sədri Lindsi Hoylun nümayəndə heyətində iştirakına görə xüsusi təşəkkürünü bildirib.

"Kir, həmçinin ABŞ Prezidenti Donald Tramp ilə söhbətinin təfərrüatlarını bölüşüb. Onlar liderlərin Parisdə keçirilən son görüşünün nəticələrini və Rusiya lideri Vladimir Putinə təzyiqin davam etdirilməsinin vacibliyini müzakirə ediblər. Biz növbəti addımlarımızı əlaqələndirdik və bu həftənin sonunda Ukraynada keçiriləcək görüşə hazırlığı müzakirə etdik", - Zelenski bildirib.

Bundan əvvəl Böyük Britaniya baş nazirinin ofisi Starmer və Tramp arasında telefon danışığı barədə məlumat vermişdi.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zelenski   Starmer   Ukrayna  


Bizi "telegram"da izləyin