İsveç Ukraynaya 1,6 milyard dollarlıq yeni hərbi yardım paketi verəcək

2025/02/1740371192.jpg
Oxunub: 535     16:01     31 Mart 2025    
İsveç Ukraynaya 16 milyard kron (1,59 milyard ABŞ dolları) dəyərində yeni hərbi yardım paketi təqdim etmək qərarına gəlib.

Ordu.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə İsveçin müdafiə naziri Pal Yonson bildirib.

Onun sözlərinə görə, paketin əsas hissəsi (9,2 milyard kron) İsveç Müdafiə Materialları Təşkilatının rəhbərlik etdiyi proseslər vasitəsilə alınacaq avadanlıqlardan ibarət olacaq.

İsveç hökuməti 2025-ci il üçün nəzərdə tutulan büdcə ayırmalarını 25 milyard krondan 40 milyard krona qaldıraraq, Ukraynaya dəstəyi artırdığını açıqlayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsveç   Ukrayna  


Bizi "telegram"da izləyin