Finlandiya Prezidenti: "ABŞ-ın NATO-dan çıxması ilə bağlı ciddi danışıqlar eşitməmişəm"

2024/04/66178-1712819370.jpg
Oxunub: 381     14:35     31 Mart 2025    
ABŞ-ın NATO-dan çıxması ilə bağlı ciddi danışıqlar eşitməmişəm.

Ordu.az “Reuters“ə istinadən xəbər verir ki, bunu Finlandiya Prezidenti Aleksander Stubb London İqtisadiyyat Məktəbində keçirilən tədbirdə deyib.

“ABŞ administrasiyasının heç bir ciddi nümayəndəsindən NATO-dan çıxmaq barədə heç bir şey eşitməmişəm”, – Stubb qeyd edib.

Finlandiya Prezidenti ABŞ prezidenti Donald Trampın Avropa ölkələrinə təzyiq göstərərək müdafiə xərclərini artırmalarını və təhlükəsizliklərinə dair daha çox məsuliyyət daşımalarını istəməsinin doğru olduğunu bildirib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Finlandiya   ABŞ   NATO  


Bizi "telegram"da izləyin