Liberallar Kanadada seçkilərə bir ay qalmış sorğularda liderdir

2025/03/1743398879.jpg
Oxunub: 490     06:24     31 Mart 2025    
Kanadada Baş nazir Mark Karninin hakim “Liberal Partiyası” ümumi seçkilərə bir ay qalmış seçicilərin dəstəyini qazanıb.

Ordu.az xəbər verir ki, bu barədə “Nanos Research” tədqiqat şirkətinə sosial sorğu keçirməyi tapşırmış CTV kanalı məlumat yayıb.

Alınan məlumatlara görə, hazırda respondentlərin 42%-i liberallara, 37%-i isə “Kanada Mühafizəkarlar Partiyası”na etibar edir.

Üçüncü yerdə “Yeni Demokrat Partiyası” qərarlaşıb. Sorğu iştirakçılarının 11%-i bu partiyaya səs verməyə hazırdır. Digər siyasi qüvvələrin reytinqi isə 5,5%-i keçmir.

Martın 27-dən 29-dək aparılan sorğuda təxminən 1300 kanadalı iştirak edib.

Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Liberallar   Kanada  


Bizi "telegram"da izləyin