Tramp: "İran razılığa gəlməsə, misli görünməmiş bombardmana məruz qalacaq"

2025/03/1743235263.jpg
Oxunub: 444     18:01     30 Mart 2025    
ABŞ Prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı razılığa gəlmədiyi təqdirdə bombalanacağı barədə xəbərdarlıq edib.

Ordu.az xəbər verir ki, bu barədə Donald Tramp “NBC News”-a bildirib.

Tramp İranın razılığa gəlmədiyi təqdirdə misli görünməmiş bombardmana məruz qalacağını bildirib:

“Əgər onlar (İran) razılığa gəlməsələr, bombardman olacaq və bu, onların indiyədək heç vaxt görmədikləri bombardman olacaq”, – Tramp bəyan edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   İran  


Bizi "telegram"da izləyin