Putin: Avropa ilə Rusiya-Ukrayna münaqişəsinin nizamlanması üzərində işləməyə hazırıq

2025/03/1741886015.jpg
Oxunub: 360     05:27     28 Mart 2025    
Rusiya Avropa da daxil olmaqla Rusiya-Ukrayna münasibətlərinin nizamlanması üzərində işləməyə hazırdır, lakin bundan sonra Qərbə həddindən artıq inamla bağlı səhvlərə yol verməyəcək.

Ordu.az-ın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin "Arxangelsk" sualtı qayığının dənizçiləri ilə danışarkən deyib.

“Biz Avropa ilə də işləməyə hazırıq, onlar sadəcə olaraq qeyri-sabitlik nümayiş etdirirlər və daim bizim burnumuzdan tutmağa çalışırlar”, - Putin qeyd edib.

"Amma eybi yoxdur, biz artıq buna öyrəşmişik. Ümid edirəm ki, partnyor adlandırdığımız şəxslərə hədsiz inam əsasında heç bir səhvə yol verməyəcəyik", - o fikirlərini yekunlaşdırıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa   Rusiya   Ukrayna  


Bizi "telegram"da izləyin