Ordu.az xəbər verir ki, bu barədə iki ölkənin birgə bəyanatında bildirilib.
Məlumata görə, tərəfdaşlıq rəsmi olaraq Lüksemburqda NATO Dəstək və Satınalma Agentliyi (NSPA) vasitəsi ilə yaradılıb, təşəbbüsün məqsədi xərclərin səmərəliliyini artırmaq və NSM-nin saxlanmasında uzunmüddətli davamlılığı təmin etməkdir.
Norveç hökuməti NSPA vasitəsilə vurğulayıb ki, birgə texniki xidmət proqramı ehtiyat hissələrin təchizatı, konfiqurasiyanın idarə edilməsi və məlumat mübadiləsi baxımından üstünlüklər təmin edir.
Bundan əlavə, bu əməkdaşlıq raket sistemini almış və ya almağı planlaşdıran digər ölkələr üçün açıq olacaq.
Sevinc Əliyeva
Ordu.az