Ordu.az xəbər verir ki, bu barədə “Business Insider” nəşri yazıb.
Məqalədə vurğulanıb ki, beynəlxalq tərəfdaşların köməyi olmadan Ukrayna bu qədər böyük ərazini saxlaya bilməzdi, lakin “eyni tərəfdaşlar tez-tez onu çətin vəziyyətə salırlar, istər döyüş meydanında, istərsə də danışıqlar masasında”.
Nəşrin jurnalistləri Tramp səbəbindən Kiyevin mövqeyinin pisləşməsinə misal olaraq Ukraynanın yeraltı sərvətlərinin istismarı hüququnun ABŞ-yə verilməsi məsələsində Ukraynaya təzyiqi, Avropa İttifaqının (Aİ) Ukrayna ilə bağlı danışıqların iştirakçıları sırasından çıxarılmasını, Ukraynanın NATO-ya üzvlüyündən imtina edilməsini və Ukraynaya Amerika kəşfiyyat məlumatlarının verilməsinin dayandırılmasını göstəriblər.
Eyni zamanda vurğulanıb ki, Rusiya Ukraynaya və ya ABŞ-yə, demək olar, güzəştə getməyib, Ukraynanın enerji obyektlərinə hücumların dayandırılmasına razılıq istisna olmaqla, bu əsnada Rusiya qoşunlarının hücumu davam edir.
Ordu.az