Tramp İsrailin Qəzzadakı hərbi əməliyyatlarını dəstəklədiyib

2025/03/Tramp-1742018973.jpg
Oxunub: 497     22:17     20 Mart 2025    
ABŞ prezidenti Donald Tramp İsrailin Qəzza zolağındakı hərəkətlərini və İsrail Silahlı Qüvvələrinin gördüyü tədbirləri tam dəstəkləyir.

Ordu.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karolin Levitt deyib.

O xatırladıb ki, Tramp əvvəllər “HƏMAS” bütün girovları azad etməsə, onu sərt tədbirlərlə hədələyib.

“Təəssüflər olsun ki, HƏMAS mediada insanların həyatı ilə oyunlar oynamağa üstünlük verib. Unutmayaq ki, 2023-cü il oktyabrın 7-də İsrailə qarşı amansız hücuma keçərək, hazırkı vəziyyətə görə məsuliyyət daşıyan odur. Prezident bütün girovların evlərinə qayıtmasını istəyib, İsraili və ordusunu tam dəstəklədiyini açıq şəkildə bildirib”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   İsrail   Qəzza  


Bizi "telegram"da izləyin