Xocalıda Novruz konserti keçirilib - FOTOLAR

2025/03/konse-1742489232.jpg
Oxunub: 1059     20:42     20 Mart 2025    
İşğaldan azad edilən Xocalıda Novruz bayramı böyük sevinclə qeyd edilib.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Ordu.az-a verilən məlumata görə, şəhərin mərkəzində keçirilən mərasimdə çıxış edənlər Xocalıları Novruz bayramı münasibətilə təbrik edərək ən xoş arzularını bildiriblər.

Bayram şənliyində tonqal qalanıb, Xocalılar tonqal ətraflnda rəqs ediblər.Bayram şənliyi, Xocalı sakinlərində xoş ovqat yaradıb.Onlar uzun illərdən sonra baharın gəlişini öz doğma elində, evində keçirdiklərinə görə sevincli olduqlarını dilə gətiriblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Foto


Teqlər: Xocalı   Novruz  


Bizi "telegram"da izləyin