Rəsmi Moskva: Rusiya Almaniyaya hücum etməyə hazırlaşmır

2025/03/1742481794.jpg
Oxunub: 572     17:51     20 Mart 2025    
Rusiya Almaniyaya hücum etməyə hazırlaşmır.

Ordu.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

O, Almaniyanın Rusiyaya hücum etmək planlarının olduğunu söyləyib:

"Merts daha da irəli gedib, o, ölkəmizlə "yaxın illərdə və onilliklərdə" qarşıdurmaya hazırlaşmağa çağırıb. Bilirsiniz, mən nə demək istəyirəm, Rusiya Almaniyaya hücum etməyə hazırlaşmır. Əgər Almaniya bunu deyirsə, demək, Almaniyanın belə planları var, amma o zaman Berlin hər eyi öz adı ilə çağırmalıdır", - Rusiya XİN sözçüsü vurğulayıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Zaxarova   Rusiya   Almaniya  


Bizi "telegram"da izləyin