Avropa Komissiyası Ukraynaya 1 milyard avroluq makromaliyyə yardımı köçürüb

2024/02/1707203190.jpg
Oxunub: 406     14:06     20 Mart 2025    
Avropa Komissiyası (AK) hazırkı 18,1 milyard avroluq proqram çərçivəsində Ukraynaya növbəti 1 milyard avroluq makromaliyyə yardımı tranşını köçürüb.

Ordu.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının açıqlamasında deyilir.

Qeyd edilir ki, 18,1 milyard avro "Ukraynaya dondurulmuş Rusiya aktivlərindən əldə edilən gəlirlərdən ödənilməli olan 45 milyard avronu təmin etməyi hədəfləyən G7 kredit proqramında Aİ-nin payıdır".

Beləliklə, ilin əvvəlindən Avropa Komissiyası artıq Kiyevə 4 milyard avro vəsait ayırıb. Bu pul Ukraynanın kreditlərinə xidmət etmək və ölkənin büdcəsini doldurmaq üçün nəzərdə tutulub.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa-Komissiyası   Ukrayna  


Bizi "telegram"da izləyin