Çində kosmosda faydalı qazıntılar çıxarmaq üçün robot hazırlanıb

2025/03/2dff1-1742448462.jpg
Oxunub: 513     09:03     20 Mart 2025    
Çin Mədənçilik və Texnologiya Universitetində kosmosda faydalı qazıntılar çıxarmaq üçün nəzərdə tutulmuş ilk robot yaradılıb.

Ordu.az-ın məlumatına görə, bu barədə "Jenmin Jibao" nəşri məlumat yayıb.

Robot altı ayaqla təchiz edilib, onlardan üçü təkər, üçü isə səthə möhkəm tutunmağa və kosmosdakı mikroqravitasiya şəraitinə uyğunlaşmağa imkan verən pəncələrdir. Robot ayaqla hərəkət edə, möhkəmlənə və Ay torpağını imitasiya edən şəraitdə nümunələr götürə bilir. Hazırda o, ilkin ekspertizadan keçib və konstruktorlar artıq patent üçün müraciət ediblər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Robot  


Bizi "telegram"da izləyin