Yaponiya Tokio metrosunda terror hücumu qurbanlarını yad edir

2025/03/45454-1742448205.jpg
Oxunub: 452     07:48     20 Mart 2025    
Yaponiyanın paytaxtı Tokionun mərkəzində, “Kasumiqaseki” metrostansiyasında 1995-ci ildə ekstremist “Aum sinrikyo” sektası yaraqlıları tərəfindən törədilən qaz hücumu qurbanlarının anım mərasimi keçirilib.

Ordu.az xəbər verir ki, bu barədə Yaponiyanın İctimai Televiziyası məlumat yayıb.

Mərasim iştirakçıları - metropolitenin əməkdaşları, həlak olanların yaxınları və xəsarət alanlar faciə qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edib, rəmzi abidə önünə gül dəstələri düzüblər.

Hadisə 1995-ci il martın 20-də səhər saatlarında, hücum edənlər sinir iflici ilə nəticələnən sarin maddəsinin olduğu plastik torbaları metroya gətirən zaman baş verib. Onlar torbaları çətirlərlə deşərək beş metro qatarında qoyublar. Cinayətkarlar əsasən “Kasumiqaseki” stansiyasına, bütün əsas dövlət idarələrinin yerləşdiyi əraziyə gedirdilər. Terror aktı nəticəsində 14 nəfər ölüb, Tokio metrosunun 6,3 minə yaxın sərnişini və işçisi zəhərlənib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   Terror  


Bizi "telegram"da izləyin