Tramp və Zelenski Ukrayna AES-lərinin ABŞ-ın mülkiyyətinə verilməsi məsələsini müzakirə edib

2023/07/16609-1690534255.jpg
Oxunub: 365     03:32     20 Mart 2025    
ABŞ Ukraynaya atom elektrik stansiyalarının istismarında kömək edə bilər.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Marko Rubio və prezidentin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Mayk Uoltsun, ABŞ prezidenti Donald Tramp və Ukrayna prezidenti Volodimir Zelenski arasında telefon danışığından sonra yaydıqları birgə bəyanatda deyilir.

"Prezident Tramp Ukraynanın elektrik təchizatı və atom elektrik stansiyaları məsələlərini də müzakirə edib. O bildirib ki, Birləşmiş Ştatlar elektrik enerjisi və kommunal xidmətlər sahəsindəki təcrübəsindən istifadə edərək, bu stansiyaların istismarına böyük köməklik göstərə bilər. Bu stansiyaların ABŞ tərəfinə məxsus olması bu infrastruktur üçün ən yaxşı müdafiə və Ukraynanın enerji infrastrukturuna dəstək olacaq", - sənəddə deyilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tramp   Zelenski  


Bizi "telegram"da izləyin