İsrailin Qəzzaya hücumu nəticəsində BMT əməkdaşı həlak olub

2025/03/0ffa6-1742276374.jpg
Oxunub: 456     17:21     19 Mart 2025    
İsrail Silahlı Qüvvələrinin Qəzza sektoruna zərbə endirməsi nəticəsində BMT-nin himayəsi altında fəaliyyət göstərən təşkilatın ən azı bir əməkdaşı həlak olub, daha beş nəfər isə yaralanıb.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Fələstin anklavının Səhiyyə Nazirliyi məlumat yayıb.

"İsrailin Qəzzanın mərkəzinə hava hücumu nəticəsində BMT-yə məxsus təşkilatlarda çalışan altı əcnəbi yaralanıb. Onlardan biri "Şuhada əl-Əqsa” xəstəxanasına çatdırıldıqdan sonra ölüb", - nazirliyin “Telegram” kanalında bildirilib.
Onların BMT-nin hansı strukturlarında işlədikləri barədə məlumat verilmir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Qəzza  


Bizi "telegram"da izləyin