Ordu.az "Haber Global"a istinadən xəbər verir ki, hökumət rəsmisi araşdırmalar başa çatmadan prosesə yekun qiymət verməyin doğru olmadığını bildirib.
"Son hadisələri dövlət çevrilişi kimi ittihamlarla xarakterizə etmək düzgün deyil", - Y.Tunc qeyd edib.
Nazir vətəndaşların etiraz məqsədilə küçələrə çıxmağa çağırılması məsələsinə də toxunub:
"Hüquqi dövlətdə cinayət törədilməsi iddiası varsa, müdafiə olunacağı yer küçələr deyil, məhkəmələrdir. Cinayətin törədilməsinə dair sübutlar olduqda hüquq-mühafizə orqanları araşdırma aparır. Hüquq-mühafizə orqanlarının apardığı araşdırmaları prezidentlə əlaqələndirmək doğru deyil".
Ordu.az