Ordu.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə bölgənin əməliyyat qərargahı məlumat yayıb.
"Gecə ərzində rezervuarlardan birindən sızma baş verib və sonra neft məhsulları alovlanıb. Yanğın rezervuarın ətrafındakı bənd daxilində baş verir", - məlumatda qeyd olunub.
Hücum nəticəsində rezervuarlar arasındakı boru kəməri zədələnib, avtomatik yanğınsöndürmə və soyutma sistemi işə düşüb. Yanğının söndürülməsində 220-dən çox mütəxəssis və təxminən 100 texnika cəlb olunub.
Ordu.az