2 “Anka-3” eyni vaxtda Çanaqqala zəfəri üçün havalandı
Oxunub: 510
17:37
19 Mart 2025
Çanaqqala zəfərinin 110-cu ildönümü çərçivəsində TUSAŞ tərəfindən inkişaf etdirilən “Anka-3” Pilotsuz Döyüş Təyyarələri eyni vaxtda havaya qalxıb.
Ordu.az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, ilk uçuşunu 2023-cü il dekabrın 28-də edən “Anka III” sınaq fəaliyyəti çərçivəsində martın 18-də “Mürted” Aerodromu Komandanlığından havaya qalxıb.
İki prototipin iştirak etdiyi qol uçuşu qələbənin mənasını və əhəmiyyətini vurğulayıb. İki prototip 35 dəqiqəlik uçuş zamanı 8000 fut yüksəkliyə çatıb.
Bu uçuş zamanı tək yerüstü idarəetmə stansiyası vasitəsilə çoxsaylı təyyarələrin idarə edilməsinə nail olunub və sürü uçuşunun birinci mərhələsi uğurla başa çatıb.
Yeni nəsil pilotsuz uçuş aparatı sistemi “Anka-III” aşkarlama, müşahidə və kəşfiyyat missiyalarından tutmuş, “hava-yer” və “hava-hava” hücumlarına qədər geniş missiyalara malikdir.
“Anka-III” düşmən radarlarının zərərsizləşdirilməsi, radioelektron mübarizə, rabitə relesi və dost qüvvələrin mühafizəsi kimi müxtəlif əməliyyatları yerinə yetirə bilir.